Saakashvili axtarışa verildi

Michael Saakashvili

Gürcüstanın baş prokurorluğu eks prezident Michael Saakashvilinin ölkədaxilində axtarışa verilməsi ilə bağlı qərar verib.

Baş prokurorluğun məlumatında deyilir ki, o sərhədi keçən kimi saxlanılacaq.

Michael Saakashvili-yə qarşı üç ittiham irəli sürülüb. O, 2007-ci ildə etiraz aksiyasının dağıdılması zamanı öz səlahiyyət həddini aşmaqda, «İmedi» teleşirkətinin dağıdılmasında, şirkətin yaradıcısı Badri Patarkatishvili-nin mülkiyyətininin müsadirə olunmasında, Gürcüstan parlamentinin deputatı Valery Gelashvili döyməkdə və büdcə vəsaitlərini dağıtmaqda ittiham olunur.

Hazırda ölkə hüdudlarından kənarda olan Saakashvili ona qarşı ittihamları siyasi təqib hesab edir.