Ukraynada konsert verdi, Rusiyada adını «satqın» qoydular

Andrei Makarevich

Makarevich hədəfdədir.

-

Rusiyada məşhur rokçu, əfsanəvi "Maşina vremeni" qrupunun solisti Andrei Makarevich-ə qarşı kampaniya yenidən alovlanıb.

Səbəb onun Ukraynanın separatçılardan təmizlənmiş Donbas bölgəsində konsert verməsidir.

Rus yazıçısı Alexandr Prochanov deyib ki, o, "cinayətkar və satqındır".

Prochanov-a görə, "rusların diz çökdürülüb başına torba keçirildiyi, bağışlanmaları üçün yalvarmağa məcbur edildiyi yer"ə getməyin ayrı adı yoxdur.

Makarevich Donbasın rusiyameylli separatçılardan təmizlənmiş Slavyansk, Svyatogorsk şəhərlərində olub, hərbi əməliyyatlar zamanı evlərini tərk etməyə məcbur olmuş insanlarla görüşüb.

O, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən rus ziyalılarındandır.

Krımın ilhaqına etiraz etdiyi üçün bir neçə ay əvvəl rus mediasında Makarevich-ə qarşı kampaniya başlananda məşhur müğənni Alla Pugacheva onun müdafiəsinə qalxmışdı.