Kənd təsərrüfatı naziri Tovuzda sakinlərlə görüşəcək

Arxiv foto

Kənd təsərrüfatı naziri Heydər Əsədov avqust ayının 22-də Tovuzda sakinlərlə görüşəcək.

Görüşə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy sakinləri də qatıla biləcək.

Bu barədə Kənd təsərrüfatı nazirliyinin mətbuat xidməti məlumat verir. Bildirilir ki, nazirlə görüşmək istəyənlər Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti və elektron poçtuna yazaraq qeydiyyatdan keçə bilərlər.