Abituriyentlərin ixtisas seçimi başa çatdı

TQDK

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə abituriyentlərin ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, 9156 abituriyent qəbul olunmaq istədiyi ixtisasları seçərək elektron ərizəsinə daxil edib və təsdiqləyib.

İxtisas seçiminin nəticələrinin yaxın vaxtlarda elan olunması nəzərdə tutulur.