Son iki həftədə Ukraynada ölənlərin sayı 2 dəfə artıb

BMT-in insan haqları ofisi bildirir ki, son iki həftədə Ukraynada münaqişədə ölənlərin sayı 2 dəfə artıb.

İnsan haqları komissarının sözçüsü Cecile Poully Reutersə deyib ki, avqustun 10-na kimi 2086 adam ölüb. İyulun 26-na ölənlərin sayı 1129 idi.

Yaralananların sayı 5 mindir.

Poully-nin fikrincə, bu, vəziyyətin gərginləşməsinin əlamətidir.

Poully-nin dediyinə görə, ölən və yaralananlara aid məlumat Ukrayna əsgərləri, silahlı dəstələr, rusiyapərəst yaraqlılar və mülki şəxsləri əhatə edir.

Bu məlumat Ukrayna hakimiyyətindən və yerli mediadan gələn məlumatlara əsaslanır.