Rusiyanın ən varlı adamı öz payının 10 faizini satır

Rusiyanın ən varlı adamı olan Alisher Usmanov USB holdinq şirkətində öz payının 10 faizini satır. O öz payını holdinqə daxil olan şirkətlərə satır.

Bundan sonra onun payı 48 faiz olacaq.

Usmanovun sərvətini Foprbes jurnalı 18,6 milyard dollar qiymətləndirir.

USM bildirir ki, Usmanovun öz payının bir hissəsini satması Qərb sanskiyaları ilə bağlı deyil.

Usmanov və onun şirkətləri sanskiyalar siyahısında yoxdur.

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra Rusiya oliqarxları öz paylarının bir qismini satmağa başlayıblar.