Avqustun 12-də Soçidə Rusiya və Misir prezidentləri görüşüb. Putinlə Abdel Fattah al-Sissinin danışıqlarında əsas diqqət iqtisadi əməkdaşlığa, regional və beynəlxalq məsələlərə yönəlib.
Al-Sissi Rusiya səfərinə gələn kimi ona Rusiyanın satış üçün hərbi texnikası nümayiş olunub.
Zirehli maşınlar, silahlar Soçi hava limanına düzülüb.
Məlumatlara görə, al-Sissi bu texnika haqda izahata çox diqqətlə qulaq asıb.
Rusiya hərbi və iqtisadi əməkdaşlıq sayəsində Misirə nüfuzunu gücləndirməyə çalışır. Misir ABŞ-ın regionda əsas müttəfiqlərindən biridir.