İ. Əliyevin Soçiyə səfəri başa çatıb

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri avqustun 10-da başa çatıb.

Dövlət başçısı Soçiyə səfəri çərçivəsində avqustun 9-da Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli, avqustun 10-da isə Rusiya prezidenti V. Putin və Ermənistan prezidenti Serzh Sarkisyanla üçtərəfli görüşlərdə iştirak edib.