«Sovetski»də yenidən söküntü işlərinə başlanılıb

«Sovetski»

Avqustun 8-də Bakının «Sovetski» adlanan ərazisində yenidən söküntü işlərinə başlanılıb.

Sakinlərin dediyinə görə, hazırda sökülən evlər təklif olunan qiymətlə razılaşmayan ailələrin evidir.

«Bir az əvvəl ağır texnika evləri sökməyə başlayıb. Sökülən evlərin sakinləri kompensasiya az verilir deyə evlərindən çıxmaq istəmirdi, onlardan iki nəfəri polis maşınına mindirdilər. Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev də burda idi».

Köçürüləcək «Sovetski» sakinlərinə sahib olduqları evin hər kvadrat metrinə 1500 manat təklif edilib. Yaşayış sahəsi az olanlar bu qiymətə razı deyillər. Hesab edirlər ki, həmin pula paytaxtda ev almaq mümkün deyil.