İsrail və Fələstin arasındakı atəşkəs başa çatır

Qəzza

İsrail və Fələstin arasındakı üçgünlük atəşkəs uzadılmadan bugün - avqustun 8-də başa çatır.

Dünən Qahirədə İsaril və Fələstin rəsmiləri arasında aparılan damışaqlarda tərəflər razılığa gələ bilməyib.

Həmasın sözçüsü deyib ki, Qəzzada barışığın uzadılmasından imtina ediblər, çünki İsrail Fələstinin tələblərini qəbul etməyib.

Fələstin tələb edir ki, İsrail onların ərazisinin blokadasına son qoysun.

Üçgünlük atəşkəs avqustun 5-də razılaşdırılmışdı. Döyüşlərdə 1900 fələstinli və 67 israilli həlak olub. Ölən fələstinlilərin çoxu sıravi sakinlərdir.