Çində zəlzələdə ölənlərin sayı 600-ü keçib

-

Çinin cənub-qərbində baş verən zəlzələdə həlak olanların sayı 615, yaralıların sayı isə 3 min 100 nəfərə çatıb.

230 min adam evakuasiya olunub.

Xilasetmə işlərinə 10 min hərbçi və bir o qədər də polis cəlb olunub.

Avqustun 3-də Çini titrədən zəlzələnin gücü 6.5 bal olub.