43 yaşlı məşhur futbol hakimi karyerasını başa vurdu

Howard Webb

Məşhur ingiltərəli hakim Howard Webb  karyerasını başa vurub. Bunu Britaniya mətbuatı yazır.

43 yaşlı hakim bu il keçirilən dünya çempionatından sonra karyerasını başa vuracağını vəd etmişdi.

Howard Webb ümumilikdə 534 oyunun baş hakimi olub və bu müddət ərzində 68 dəfə qırmızı vərəqə qaldırıb.