Ermənistanın müdafiə naziri gəzən söz-sıhbətləri təkzib edir

Ermənistanın müdafiə naziri Seyran Ohanian son günlərin döyüşlərində yaralanan əsgərlərə baş çəkib. Yerevanda hərbi xəstəxanaya müdafiə naziri ilə birlikdə parlamentin vitse-spikeri Nagdalian və deputatlar da gedib.

Ohanian jurnalistlərin suallarına cavab verərkən deyib ki, hazırda vəziyyət nisbi sakitdir.

Nazir gəzən söz-söhbətləri təkzib edib ki, orduya əlavə əsgər çağırılmır və hətta hərbi hissəslərin döyüşə hazırlıq səviyyəsi də qaldırılmayıb.

O deyib ki. hazırda bunlara ehtiyac yoxdur və könüllülərə də ehtiyac görmür.