MN: «Ölkənin bütün hava məkanı Hərbi Hava Qüvvələrinin tam nəzarətindədir»

Arxiv foto

«Ölkənin bütün hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələrinin tam nəzarətindədir»

Belə bir bəyanatla avqustun 6-da Azərbaycanın Müdafiə Nazirliyi çıxış edib. Nazirlik bildirir ki, Ermənistan mediasında ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu məqsədyönlü dezinformasiya xarakteri daşıyır.

Müdafiə Nazirliyi ölkənin bütün hava məkanının Azərbaycanın Hərbi Hava Qüvvələrinin tam nəzarəti altında olduğunu vurğulayır.

Bildirlir ki, beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar Azərbaycanın hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək.

«Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verərdikdə həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcək» deyə bəyanatda bildirilir.