Coca-Cola Rusiya televiziyalarına reklam verməkdən imtina edib

Coca-Cola

Amerika şirkəti Coca-Cola Rusiyanın 4 telekanalında reklam verməkdən imtina edib. Bu barədə «Kommersant» xəbər verir.

Qəzet bu qərarın ABŞ-ın və Avropa Birliyinin Rusiyaya qarşı sansksiyaları ilə bağlı olmasını istisna etmir.

Coca-cola «Pen TV», «Pyatiy kanal», «Domaşniy» və «Zvezda» kanalı ilə əməkdaşlığı dayandırıb. İlk üç TV «Rossiya» bankına, «Zvezda» isə ölkənin Müdafiə Nazirliyinə bağlıdır.

Coca-cola üçün reklam məhsulları hazırlayan şirkət isə bu addımı iqtisadi əsaslarla izah edib ki, reklamverən öz reklam büdcəsinə yenidən baxır.