Türkiyədə daha 25 polis həbs olunub

Türkiyə hakimiyyəti daha 25 polisi həbs edib. Onlar rəsmiləri qeyri-qanuni güdməkdə ittiham olunur.

Avqustun 5-də Türkiyə mediası xəbər verib ki, ölkənin 14 vilayətində polislər həbs olunub.

Bu, polis həbslərinin ikinci dalğasıdır. Keçən ay 100-dən çox polis həbs olundu.

Polislər Türkiyədə parallel hakimiyyət strukturu yaratmaqda ittiham olunurlar.