Kremlin tənqidçisi Navalny yeni məhkəmə iddiası ilə qarşılaşıb

Moskva məhkəməsi avqustun 5-də bloqçu Navalny-ya qarşı şərəf və ləyaqəti təhqir etmə iddiasına baxıb. Iddianı Moskva merinin müavini Maksim Liksutov qaldırıb. Navalny öz bloqunda yazıb ki, Liskutovun Kiprdə qanunsuz bizneslə əlaqələri var.

Rusiyada 2012-ci ildə qəbul olunmuş qanuna görə, başqa şəxsin şərəf və ləyaqətini bilərəkdən alçatmağa yönələn yalan informasiya yaymaq cinayətdir.

BMT-nin İnsan haqları Komissiyası bu qanunun ifadə azadlığı ilə ziddiyyət təşkil etdiyini bildirir.

Navalny hazırda ev dustağıdır. O, Fransanın kosmetik şirkətindən 760 min dollar pul mənimsəməkdə ittiham olunur.