Azərbaycan qazının Türkiyəyə göndərilməsi müddətiylə bağlı dəyişiklik yoxdur

«bp-Azərbaycan» şirkətinin prezidenti Devid Vudvord bildirib ki, Azərbaycan qazının «Şahdəniz» yatağından Türkiyəyə göndərilməsi müddətiylə bağlı dəyişiklik yoxdur. Cənab Vudvord deyib ki, Türkiyə tərəfi Azərbaycanı əmin edib ki, qazın ilk həcmlərini Gürcüstan-Türkiyə sərhəddində bu ilin oktyabr ayının sonunda qəbul edəcək. Devid Vudvord onu da bildirib ki, ilk qaz «Şahdəniz» yatağından sentyabrın sonunda çıxarılacaq.