İş adamlarına daha çox pul qazanmağın yolları öyrədiləcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO Avropa Birliyinin Tasis Proqramının yardımıyla sentyabrın 18-dən başlayaraq 5 gün ərzində bölgələrdə yaşayan iş adamlarına daha çox pul qazanmağın yollarını öyrədəcək. Seminarlar Bakıda, Lənkəranda, Gəncədə və Qubada keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin dəstəklədiyi seminarlarda yerli və xarici ekspertlər iştirak edəcək.