Ermənistan Futbol Federasiyası Roman Berezovskini «satqın» adlandırıb

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan şənbə günü keçirdiyi mətbuat konfransında milli formada çıxışını başa vurduğunu bəyan edən Roman Berezovskini satqın adlandırıb.


O, həmçinin bir neçə oyunçunun ciddi səbəb göstərmədən yığmaya qoşulmaqdan imtina etdiyini və belələrinin cəzalanması üçün FIFA-ya müraciət edəcəyini bildirib.