«Xəzər-Lənkəran» növbəti ev oyununu boş tribunalar önündə keçirəcək

Ölkə futbol çempionatının 4-cü turunun «Xəzər-Lənkəran»-«Bakı» oyununda baş verən qalmaqalın səbəbkarları cəzalanıb. Yerli azarkeşlərə ədəbsiz jestlər göstərən qonaqların qapıçısı Xalidu Sissoko bir oyunluğa cəzalanıb. Eyni zamanda, azarkeşlər meydana yad əşyalar atdığına görə, «Xəzər-Lənkəran» növbəti ev oyununu boş tribunalar önündə keçirəcək və 8 min manat cərimə ödəyəcək.