Milli Bankın 1 milyard 234 milyon 270 min ABŞ dolları var

Hazırda Azərbaycanın Milli Bankının (MB) 1 milyard 234 milyon 270 min ABŞ dolları var. MB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatları bu il təqribən 28 faiz artıb. Bu il Beynəlxalq Valyuta Fondunun kreditləri üzrə əsas borcun qaytarılmasına və borclarının ödənilməsinə təqribən 29 milyon dollar xərclənib.