Ramiz Mirzəyev Sənaye və Energetika nazirinin müavini oldu

Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Şəmşəd oğlu Mirzəyev Azərbaycan Respublikasının Sənaye və Energetika nazirinin müavini təyin edilib.
Ramiz Şəmşəd oğlu Mirzəyev «Azərneftyağ» İstehsalat Birliyinin rəhbəridir. O, həmçinin hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentidir.