17 yaslılardan ibarət yığma sonuncu oldu

Azərbaycanın 17 yaslılardan ibarət yığma futbol komandası Litvanın Palanqa şəhərində keçirilən beynəlxalq turnirdə sonuncu - 8-ci yeri tutub. Yaşar Vahabzadənin yetirmələri sonuncu oyunda ukraynalılara 0:1 hesabıyla uduzub.


Azərbaycan yeniyetmələri qrupda belaruslu və polşalı həmyaşıdlarına uduzmuş, gürcüləri isə udmuşdu.