Ünvanlı sosial yardımın alınması ilə bağlı yerlərdə problemlər var

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ünvanlı sosial yardımların verilməsi ilə bağlı üç rayonda - Bərdə, Tərtər və Ağcabədidə monitorinq aparıb. Nəticələrə görə, yerlərdə dövlət yardımının paylanması ilə bağlı xeyli problem var, məsələn, sənədlərin toplanması uzun müddət - 15-25 gün tələb edir, yoxsulluq səviyyəsi rəsmi rəqəmlərə görə, 29 faiz olsa da, bu yardımı almağa maraq yoxdur. İTM-in eksperti Rövşən Ağayev deyir ki, marağın az olmasına səbəb ehtiyac minimunun cəlbedici olmamasıdır.


İndi ünvanlı sosial yardım almaq üçün ailədə hər ay adambaşına düşən məbləğ 30 yeni manatdan az olmalıdır.