Yolların yenidən qurulmasına 1 milyard 300 milyon dollar xərclənəcək

2008-ci ilə qədər Azərbaycanda yolların tikintisinə və yenidən qurulmasına 1 milyard 300 milyon dollar pul xərclənəcək. Bu barədə Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» Departamentinin rəhbəri Cavid Qurbanov məlumat verib. Onun bildirdiyinə görə, işlərin böyük hissəsi beynəlxalq qurumlardan alınan kreditlər hesabına görüləcək.