Son altı ayda ölkəyə 13 mindən çox minik avtomobili gətirilib

Bu ilin altı ayında Azərbaycana 13 mindən çox minik avtomobili gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Amma idxal olunan avtomobillərin ümumi dəyəri keçən ilə nisbətən 22 faiz yüksəkdir.