Yumurtanın bahalaşması bazardakı qıtlıqla izah olunur

Son bir neçə gündə toyuq yumurtasının qiymətinin 600 manata qədər yüksəlməsi bazardakı qıtlıqla bağlıdır. Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Bağırovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, sentyabrda qiymətlərin aşağı enəcəyi gözlənilir: «Damazlıq yumurtanı «quş qripi» xəstəliyi dövründə bir az gec gətirdilər. İnkubuator cücənin yumurta verməsi üçün 150 gün lazımdır. Ana toyuqlar qocalıblar, səviyyə aşağı düşüb, ancaq bununla belə, sentyabrda vəziyyət tənzimlənəcək».


Ötən illə müqayisədə toyuq yumurtası 50 faizdən çox bahalaşıb.