I Dünya Müharibəsinin 100-cü ildönümüdür

Avropa ölkələri rəhbərləri bu gün Belçikada 1914-cü il 4 avqust alman işğalının 100-cü ildönümünü qeyd edirlər.

Belçikanın kralı Philippe mərasimdə çıxış nitqi söyləyəcək. Fransa prezidenti Francois Hollande və Almaniya prezidenti Joachim Gauck-in də mərasimdədir. Avstriyanın baş naziri Tony Abbort deyib ki, bu, dəhşətli müharibə olub:

«Bir tərəfdən faciədir, digər tərəfdən yaxşı səbəbdir. Ən azı bizim üçün Birinci dünya müharibəsi istila olmayıb, bu, azadlıq müharibəsi olub. Bizim müttəfiqliyimizin, dəyərlərimizin davası olub. O zaman ölənlər öz yoldaşlarıyla birgə düz yolda olduqlarına inanırdılar».

Böyük Britaniyada da I Dünya Müharibəsinin 100 illiyi qeyd olunur.

I Dünya Müharibəsi 1914-1918-ci ildə baş verib. Milyonlarla adamın öldüyü müharibə 1918-ci il 11 noyabrda Almaniyanın təslim olması ilə sona çatdı.