Gədəbəydə 9-cu sinif şagirdi yaralanıb

Arxiv foto

Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində 14 yaşlı qız Ermənistan Silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb.

O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində qarşı tərəfin gülləsinə tuş gəlib.