Müdafiə naziri orduya dəstək olanlara təşəkkür ünvanlayıb

Azərbaycanın müdafiə naziri Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov son günlər orduya dəstək olanlara təşəkkür ünvanlayıb.

Avqustun 3-də nazirliyin internet səhifəsində verilən məlumatda deyilir ki, bu cür dəstək müraciətləri keçmiş döyüşçülər, müharibə veteranları, o cümlədən, cəbhəyanı bölgələrdə yaşayan sakinlərdən gəlib.

«Son hadisələrlə bağlı düşməni məhv edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə silahlı qüvvələrimizə dəstək olduqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur.

Vətəndaşlarımızın bu cür çağırışları şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir» deyə, nazirin müraciətində bildirilir.