Atəşkəs sutka ərzində 190 dəfə pozulub

Arxiv foto

Avqustun 3-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədi və təmas xətti boyunca müxtəlif istiqamətlərində atəşkəs 190 dəfə pozulub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Sutka ərzində Ermənistan ordusunun işğalı altında olan Azərbaycan ərazilərindən də Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələrinin dəfələrlə atəşə tutulduğu bildirlir.

Nazirliyin avqustun 2-də yaydığı məlumatda sutka ərzində atəşkəsin 73 dəfə pozulduğu qeyd olunurdu.