Saatlıda AXCP üzvünün atası polisə aparılıb

Polis

-

Saatlıda AXCP üzvü Ruslan Nəsirovun atası Şamil Nəsirov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Bu haqda AzadlıqRadiosuna AXCP Saatlı rayon təşkilatının sədri Şamil Hacıbəyli məlumat verib.

Onun dediyinə görə, polislər avqustun 2-də səhər Ruslan Nəsirovun yaşadığı evə gəliblər, onun özünü tapmadıqlarından atası Şamil Nəsirovu özləri ilə aparıblar.

Bir ay öncə AXCP Saatlı rayon təşkilatının Gənclər Komitəsinin tədbiri Şamil Nəsirovun evində keçirilmişdi.