Bolqarıstan Putin əleyhdarını azad edib

Vladimir Putin

-

Bolqarıstanda Moskvanın xahişi əsasında saxlanan, Putin hakimiyyətinin əleyhdarı sərbəst buraxılıb.

Həm Rusiya, həm də Fransa vətəndaşı olan Nicolay Koblyakov iyulun 29-da Sofiya aeroportunda saxlanmışdı.

Rusiya onu fırıldaqçılıqda şübhəli bilir.

Nicolay Koblyakov-un vəkilləri isə onun təqibini siyasi səbəblərə bağlayırlar.

Sofiyada Koblyakov ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb.

O, Fransada yerləşən «Rusiya Liberalları» qeyri-hökumət təşkilatının təsisçidir.