Çin fabrikində partlayış olub

-

Çinin Szyansu vilayətində fabrikdə baş verən partlayış zamanı 65 adam ölüb, 100-dən çox yaralı var.

Yerli media yazır ki, hadisə avqustun 2-si səhər tezdən paytaxt Pekindən 1000 km aralıdakı Kunşan şəhərində yerləşən avtomobil ehtiyat hissələri istehsal edən fabrikdə baş verib.

Xilasetmə işləri aparılır, partlayışın səbəbləri araşdırılır.