Dağlıq Qarabağda Azərbaycan və erməni hərbçiləri arasında atışmada 2 erməni, bir Azərbaycan əsgəri həlak olub.
Erməni əsgərlərinin ölümü barədə məlumatı erməni tərəfi, Azərbaycan əsgərinin ölüm xəbərini isə Azərbaycan tərəfi verir.
Azərbaycanın müdafiə nazirliyinin iyulun 31-də verdiyi məlumata görə, son 24 saatda erməni hərbi birləşmələri atəşkəs rejimini 96 dəfə pozublar.