«Santa Barbara» serialının 30 yaşı oldu

Rusiya telekanalında indi də bu serialın adını daşıyan fanklub var.

-

İyulun 30-da məşhur «Santa Barbara» serialının 30 yaşı tamam olur.

1984-cü il iyulun 30-da ilk dəfə NBC kanalında efirə çıxan serial, az qala, 10 il—1993-cü il yanvarın 15-dək davam edib.

Keçmiş SSRİ məkanında yaşayanlar bu seriala Rusiya telekanalı vasitəsilə 1992-ci yanvarın 2-dən 217-ci seriyadan baxmağa başlayıblar.

Serialın nümayişi 2002-ci ilə qədər davam edib.

Bu illər ərzində serial çoxlu mükafatlar qazanıb, amma vətənində tam populyarlığa nail ola bilməyib.

10-luq reytinq cədvəlinə düşə bilməyən serial əvəzində Rusiyada reytinqləri vurub dağıdıb.

Rusiya mediasının yazdığına görə, bu serialın sayəsində keçmiş SSRİ məkanında yaşayanlar öyrəniblər ki, personajlar çəkiliş boyu dəyişə bilərlər.

Hətta serialda sonrakı dövrlərin kino ulduzları da çəkiliblər.

Məsələn, L.DiCaprio bu serialda «Mason Capwell» obrazının uşaqlığını canlandırıb.

Rusiya telekanalında indi də bu serialın adını daşıyan fanklub var.

Onlar serialın kanalda göstərilməyən seriyalarını axtarıb tapır, hətta eyni aktyorların ifasında dublyaj etdirirlər.