Qəzzada onlarla adam ölüb

Qəzza

Fələstinli həkimlər deyir ki, İsrail hərbçilərinin iyulun 30-da hücumu zamanı Qəzzada onlarla adam ölüb. Onların arasında BMT məktəbinə sığınan 16 adam da var.

İyulun 29-da İsrail Qəzzada 1,8 milyon insanı elektriklə təmin edən stansiyaya mərmi zərbələri endirib.

23 gündür davam edən hərbi əməliyyatda əksəriyyətinin dinc sakin olduğu 1200 fələstinli, 53 İsrail əsgəri öldürülüb.