Bakıda Bayram namazı qılınıb

Bakıda Bayram namazı qılınır

-

İyulun 29-da Azərbaycan məscidlərində Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb. Bəzi müsəlman ölkələrində isə bayram namazı iyulun 28-də qılınıb.

Bununla da Ramazan ayı başa çatıb.

Müxtəlif statistik məlumatlara görə Ramazan bayramını dünyada yaşayan 1,5 milyarddan çox müsəlman bu və ya digər şəkildə qeyd edir.

Ramazan bayramı münasibəti ilə Azərbaycanda rəsmən 2 gün qeyri-iş günü sayılır, 28-i və 29-u iyul tarixləri.

Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.