Əlibəylidə döyüş gedir: yaralılar var - Mətbuat icmalı

Sizin brauzer HTML5-i dəstəkləmir

Tovuzun atəş altındakı sərhəd kəndləri (Arxiv video)

-

Erməni silahlı qüvvələri iki Əlibəyli sakinini yaralayıb; kənd 2 saatdan artıqdır ki, erməni hərbçilərinin intensiv atəşi altındadır.

Bunu «Yeni Müsavat» qəzeti 26 iyul tarixli sayında yazır:

2 saatdan artıqdır ki, fasiləsiz olaraq erməni hərbçiləri kəndimizi iriçaplı silahlardan atəşə tutur. 2 yaralımız var. Onlardan biri Anya Ələsgərovanın vəziyyəti ağırdır». Bu həyəcanlı xəbəri bir neçə dəqiqə əvvəl Tovuzun Əlibəyli kəndindən almışıq.

Kənd sakinlərindən birinin verdiyi məlumata görə, digər yaralının da vəziyyəti ağırdır. Fasiləsiz atəş nəticəsində 10-a yaxın ev yararsız hala düşüb. Kənd sakini deyib ki, qarşı tərəfin mövqeyi Əlibəylini atəş altında saxlamaq üçün əlverişlidir:

«Bizim mövqelərimizdən onların kəndlərini adekvat şəkildə atəş altında saxlamaq olmur. Bundan istifadə edirlər. Camaatın mal-heyvanı küçələrdə qalıb. Hər kəsə atəş açırlar».

Kənd sakini deyib ki, Azərbaycan hərbçiləri də cavab atəşi açırlar.

Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun apa-ya verdiyi məlumata görə, atışma nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin iki sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov və 1962-ci il təvəllüdlü Anya Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.