Yadigar Sadıqlının hüquqlarını müdafiə komitəsi bəyanat yayıb

Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqov

Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlının Müdafiəsi Komitəsi onun haqqında çıxarılan apellyasiya qərarı ilə bağlı bəyanat yayıb. Bəyanatda Şirvan Apellyasiya Məhkəməsinin Yadigar Sadıqlının cəzasını 6 ildən 4 ilə endirməsi «süni humanizm» kimi dəyərləndirilir:

«Apellyasiya məhkəməsi sırf ictimai-siyasi fəaliyyətinə görə törətmədiyi cinayətdə ittiham edilən Yadigar Sadıqova bəraət vermək əvəzinə, onun cəzasını 4 ilə endirdi. Məhkəmə bu addımla hakim rejimin siyasi sifarişinin icrasını davam etdirmiş oldu. Biz Şirvan Apellyasiya Məhkəməsinin verdiyi qərarla qətiyyən razılaşmır və Y. Sadıqovun azad edilənə qədər hüquqi müstəvidə mübarizəsini davam etdirəcəyik».

Yadigar Sadıqlı ötən il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi. İyulun 22-də apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirib.