İraqda 21 adam ölüb, 35 yaralı var

İyulun 22-də Bağdadda partlayış nəticəsində 21 adam ölüb, 35 yaralı var.

Ölənlər arasında 7 polis əməkdaşı da olub.

Yerli polisin məlumatına görə, sürücü minalanmış maşını Bağdadın Xazimiya rayonunun girişində nəzarət-buraxılış məntəqəsinə çırpıb. Hücum anında məntəqə yaxınlığında çoxlu maşın olub. Adamların çoxu Ramazan bayramı ərəfəsində iftar süfrəsinə gedirmişlər.