Rusiya küçə nümayişləri vaxtı qaydaları pozanlara cəzaları sərtləşdirir

Rusiya prezidenti Putinin imzaladığı yeni qanun küçə etirazlarının təşkilində və keçirilməsində qaydaları pozanlara cəzaları sərtləşdirir.

6 ay ərzində qaydaları 2 dəfədən çox pozanlar 600 min rubldan 1 milyon rubla kimi cərimə verməlidirlər. Bu, 17 min dollardan 28 min 400 dollara kimi cərimədir.

Qaydaları pozanlara ən ağır cəza isə 5 iləcən həbsdir.

Yeni qanun küçə nümayişlərti vaxtı polisə kordon yaratmağa icazə verir.

Qanun xüsusi təhlükəsizlik tələb olunan binalar və ərazilər yanında , o cümlədən dəmur yolları, elektrik xətləri, dövlət sərhədləri və prezident iqamətgahları yaxınlığında nümayiş keçirməyi qadağan edir.