James Rodriguez Real Madrid klubuna keçdi

Real Madrid və Monaco klubları razılığa gəliblər və kolumbiyalı James Rodriguez Monaco klubundan Real Madrid klubuna keçir.

Bu bəyanatı Real Madrid iyulun 22-də verib.

Razılaşmaya görə Rodriguez 6 il Realda oynayacaq. Sazişin məbləği barədə məlumat verilmir.

Rodriguez son Dünya Kubokunda hamıdan çox - 6 qol vurmuşdu.