Fələstin rəsmiləri deyiblər ki, iyulun 22-də İsrailin hava hücumu nəticəsində Qəzzada 7 nəfər ölüb. Onların 5-i bir ailənin üzvü olub.
İsrailin Qəzza zolağına hücumları başlayandan bəri ölənlərin sayı 600-ə çatıb.
Fələstin rəsmiləri daha çox mülki şəxslərin öldürüldüyünü bildirirlər.
Hücum başlayandan bəri İsrail 2 sıravi vətəndaşını və 27 əsgərini itirib.