Poroshenko separatçıların terrorçu adlandırılmasını istəyir

Ukrayna prezidenti Petro Poroshenko

-

Ukrayna prezidenti Petro Poroshenko BMT-ni çağırıb ki, qondarma Donetsk və Luqansk respublikalarını terrorçu təşkilatlar siyahısına salsın.

Şənbə günü BMT-nin baş katibi Ban ki-Moon ilə telefon söhbətində Poroshenko bildirib ki, Ukrayna prezidentinin öz ərazisi və vətəndaşları qorumasına tam hüququ çatır.

Poroshenko Malayziya təyyarəsinin Donetsk üzərində qəzaya uğramasının beynəlxalq təhqiqatına tam açıq olduğunu bildirir.