Malayziya təyyarəsinin «qara qutu»ları Kiyevdədir

Sizin brauzer HTML5-i dəstəkləmir

Malayziya təyyarəsinin qəzası animasiyada

-

Ukraynada rusiyameylli separatçıların nəzarətindəki əraziyə düşən Malayziya sərnişin təyyarəsinin «qara qutu»ları Ukrayna mütəxəssislərinin əlindədir.

Ukrayna xarici işlər naziri Pavel Klimkin-ə istinadən Ukrayna mətbuatı belə yazır.

Nazirin dediyinə görə, qəzanın səbəblərini araşdırmaq üçün ABŞ, Hollandiya və Malayziya ekspertlərindən ibarət komissiya yaradılıb.

«Malayziya Hava Yolları»na məxsus «Boing-777» sərnişin təyyarəsi göyərtəsində 300 nəfərə yaxın adamla iyulun 17-də Ukraynanın cənub-şərqində, Rusiya sərhədinə yaxın, separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb.

Təyyarədə olanlar hamısı həlak olub.

Faciəyə görə Rusiya hökuməti, Ukraynadakı rusiyameylli separatçılar Ukrayna hökumətini, Ukrayna isə qarşı tərəfi günahlandırır.