-
İyulun 18-də prezident İlham Əliyev Şirvan şəhərinə 1 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.
Bu barədə dövlət başçısının rəsmi internet səhifəsində məlumat verilib.
Sərəncamda qeyd olunur ki, prezidentin ehtiyat fondundan ayrılacaq vəsait Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və Bayramlı qəsəbəsində 2 mərtəbəli 12 mənzilli yaşayış binasının tikintisinin başa çatdırılmasına xərclənəcək.