Yerevanda Qarabağ müharibəsi veteranı 6 il həbs cəzası alıb

Ermənistanda Qarabağ müharibəsi veteranı dələduzluq və rüşvət ittihamı ilə 6 il həbs cəzası alıb.

İstefada olan zabit Voloduya Avetisian iki ailədən pul alb ki, oğullarını hərbi xidmətdən saxlatsın.

Qarabağ müharibəsi veteranları adından fəaliyyəti ilə məşhurlaşan Avetisian sentyabr ayında həbs olunub.

O bildirir ki, onun həbsi siyasi motivlidir.

Avetisian iddia edir ki, keçən ilin mayında Qarabağ müharibəsi veteranlarına daha çox imtiyazlar verilməsi tələbi ilə etirazlara görə hökumət onu həbs etməklə qisas alır.