Üç əsrdə dağılan möhtəşəm qala - Koroğlu qalası

Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalıqların zirvəsində ucalan möhtəşəm “Koroğlu qalası” strateji baxımdan olduqca əlverişli yerdədir. XVIII əsrə aid bu qalanın divarlarının eni bir metrə yaxındır.

El içində “Koroğlu qalası” kimi tanınan bu qala Gədəbəydə hələ də əzəmətini itirməmiş tarixi abidələrdəndi. Əzəməti yüksəklikdən daha aydın görünür.

Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalıqların zirvəsində ucalan möhtəşəm “Koroğlu qalası” strateji baxımdan olduqca əlverişli yerdədir. XVIII əsrə aid bu qalanın divarlarının eni bir metrə yaxındır.

Qalanın çöl görünüşü.

Qalanın çöl görünüşü.

Daxildə müxtəlif tikililərin xarabalıqlarına da rast gəlmək olur. Müdafiə məqsədi ilə inşa olunan qalanın yeraltı gizli yolu və gizli su xətti də aşkar edilib.

Saxsı borularla haradansa çəkilən su qalanın içərisində inşa edilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür.

Qalanın içində, mərkəzi hissədə yerləşən su anbarı hal-hazırda qalanın digər hissələri ilə müqayisədə daha az dağıntıya məruz qalıb. Divarlardakı yazılar qalanın tez-tez ziyarət olunduğundan xəbər verir.

Bir zamanlar əlçatmaz, ayaqdəyməz bu yerlərin, bu qalaların indi ovulub tökülməsi, bəlkə də tarixin gücə, hökmranlığa bir ironiyasıdır.

Bu qalanı görmək, şəkillərini çəkmək mənim üçün çox maraqlı idi. Adının həqiqi və ya uydurma olduğunu deyə bilməsəm də, Azərbaycan tarixinin bir hissəsini özündə yaşatdığına görə, insana qeyr-adi hislər bəxş edir.

Amma elə həmin tarixin bir hissəsi olaraq bu gündə olması, tarixin qaranlığına tərk edilməsi ürəkağrıdıcıdır. Kim bilir, bəlkə də burada araşdırmalar lazımınca aparılmış olsaydı ölkə tarixinin hansısa dövrü üçün maraqlı səhifələr yazılacaqdı.

Qala qalıqları və arxadan boylanan Miskinli kəndi.

Qaladan görünən Miskinli kəndi.

Miskinli kəndi.

Qalanın Qərb divarlarından görünən kənd evləri.

XVIII əsrə aid istehkam qalası - Korğlu qalası, Gədəbəy.

Koroğlu qalasının Şərq divarları.

Korğlu qalasının dağılmış hissələri.

Qaladan görünən Qalaaltı kəndi.